Göyçay rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Ləkçıplaq kəndində 1994 -cü il təvəllüdlü Ülvi Yusifzadə naməlum şəraitdə bıçaqlanıb.

Yaralı Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, ona tibbi yardım göstərilib.

Faktla bağlı cinayət işi başlanıb.