Bakının Səbail rayonunda oğurluq baş verib.

Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini olan qadının evindən pul oğurlanması barədə Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olub.

​Səbail rayon Polis İdarəsi 8-ci polis bölməsi əməkdaşlarının araşdırmaları nəticəsində dekabrın 4-dən 21-dək olan müddətdə A.Rzayevanın mənzilindəki seyfdən 680 manat pulun və noutbukun oğurlandığı məlum olub.

​Oğurluğu əvvəllər həmin evdə dayə kimi çalışan qadının əməli olduğu müəyyən edilib və Siyəzən rayon sakini Lamiyə Əliyeva saxlanılıb.

​Faktla bağlı cinayət işi başlanıb.