Göyçay rayonunda ailə münaqişəsi bıçaqlanma ilə nəticələnib.
Teleqraf.com xəbər verir ki, rayonun mərkəzində, Heydər Əliyev parkında 1976-cı il təvəllüdlü Kürdəmiş kənd sakini Rəşad Həşimov 1988-ci il təvəllüdlü həyat yoldaşı Vüsalə Kərimovanı bıçaqlayıb.
Daha sonra isə bıçaqla özünə xəsarət yetirib.
Hər iki yaralı xəstəxanaya yerləşdirilib, onlara tibbi yardım göstərilib.
Faktla bağlı cinayət işi başlanıb.