Sumqayıt şəhər Polis İdarəsinin ötən gün keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar.

​Teleqraf.com xəbər verir ki Sumqayıt şəhər sakini olan bir qadının bank hesabından pul cıxarılaraq oğurlanması barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzi Xidmətinə müraciət daxil olub.

​Şəhər Polis İdarəsi 3-cü polis bölməsi əməkdaşları müvafiq tədbirləri nəticəsində şəhər sakini İlahə Abbasovanın bank hesabından 75 manatın cıxarılaraq oğurlandığı məlum olub.

​Həmin pulu oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Xəqani Qasımov saxlanılıb.

Əməliyyat tədbirləri ilə onun ötən ilin dekabr ayının 10-dan 28-dək olan müddətdə şəhər ərazisində 1 avtomobildən ərzaq məhsulları, 1 qadına məxsus, içərisində 200 manat olan pulqabı, “Mitsubishi” markalı avtomobildən akkumulyator, 2 velosiped, habelə qəbiristanlıqların birindən məzarın üzərindəki süni gülləri oğurladığı da müəyyən edilib.

​Həyata keçirilmiş digər əməliyyat tədbirləri ilə şəhər sakini olan bir qadının cibindən mobil telefon, 1 həyətyanı sahədən geyim əşyaları, 1 internet klubdan 10 ədəd yaddaş qurğusu, habelə qəbiristanlıqlardan birindən məzarın üzərindəki 2 ədəd mərmər güldanı oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş İlkin Mürsəlov saxlanılıb.

​Faktlarla bağlı cinayət işləri başlanıb.