Sumqayıt şəhərində oğurluqla məşğul olan şəxsin tutulması üçün əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Sumqayıt şəhər Polis İdarəsi 2-ci polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən şəhər sakini Aqif Abbasov saxlanılıb.

Onun şəhər ərazisindəki 4 evdən, 1 avtomobil təmiri sexindən, habelə 1 avtomobildən pul, qızıl və məişət əşyaları, akkumulyator, təmir-tikinti alətləri, inşaat materialları oğurladığı məlum olub.

Aqif Abbasov əvvəllər məhkum olunub. Faktla bağlı cinayət işi başlanıb.