Bakının Xətai rayonunda gənclər arasında kütləvi dava düşüb.

Teleqraf.com xəbər verir ki, rayonun Nobel prospektində 5-6 nəfər gənc oğlan arasında əvvəlcə mübahisə yaranıb.

Mübahisə sonradan əlbəyaxa davaya çevrilib.

Dava zamanı 1993-cü il təvəllüdlü Sənan Əliyev bıçaqlanıb. Yaralı 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Həkim nəzarəti altında saxlanılan Sənan Əliyevin vəziyyətinin ağır olduğu bildirilir. İlkin məlumata görə, gənclər arasında mübahisə qız üstündə yaranıb.

Faktla bağlı cinayət işi başlanıb.