Xəzər rayonunda ata ögey oğlunu ailə münaqişəsi zəminində qətlə yetirdiyi məlum olub.
Teleqraf.com-un xəbərinə görə, ögey oğlu Samir Həsənovu öldürən Ağamməd Hüseynov işsiz olub.
Heç bir işlə məşğul olmayan Ağaməmməd Hüseynov daim evə içkili gəlib. O, hadisədən əvvəl həyat yoldaşından içki üçün pul tələb edib. Qadının pul vermədiyini görən Ağamməd daha sonra onu döyüb. Anasının döyülməsinə dözməyən oğul araya girib.
Nəticədə Samir Həsənov ilə Ağamməd Hüseynovun arasında mübahisə yaranıb. Mübahisə zamanı Samir ögey atasından Ramazan bayramı günü evə içkili gəlməsinə iradını bildirib. Onların arasında mübahisə daha da böyüyüb. Mübahisə zamanı içkili kişi bıçağa əl atıb. O, ögey oğluna bir neçə bıçaq zərbəsi vurub. Aldığı zərbələrin təsirindən Samir Həsənov dünyasını dəyişib.
İstintaqa ifadə verən Ağamməd Hüseynov törətdiyi əməldən peşman olub. O, hadisəni törədən zaman içkili olduğunu bildirib. Ağamməd Hüseynov əməlindən peşman olduğunu deyib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov