BAKI, 26 iyun. TELEQRAF

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Azərbaycana səfəri ilə bağlı açıqlama verib.

Teleqraf xəbər verir ki, bu barədə o, sosial media hesabında paylaşım edib.

Maqdalena Qrono iyunun 25-də Bakıda Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev, prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov və xarici işlər nazirinin müavini Elnur Məmmədovla fikir mübadiləsi apardığı məsələlər barədə yazıb:

“Müzakirələrimiz regional proseslər, Avropa İttifaqı-Azərbaycan münasibətləri, nəqliyyat və kommunikasiyalar, eləcə də Azərbaycan-Ermənistan sülh prosesi, həmçinin Avropa İttifaqının yaxın vaxtlarda Azərbaycan və Ermənistana planlaşdırılan yüksək səviyyəli səfərləri ərəfəsində əməkdaşlıq məsələlərini əhatə edib.

Azərbaycan və Ermənistan arasında davamlı sülhə aparan yolda əldə olunmuş tarixi nailiyyətlərin yaratdığı müsbət dinamikanın qorunub saxlanılmasının vacibliyi ilə bağlı razılığa gəldik. Avropa İttifaqı bu prosesə dəstəyini bundan sonra da davam etdirəcək”.