BAKI, 6 iyun. TELEQRAF

Azərbaycan-Almaniya əlaqələri qarşılıqlı etimad, hörmət və ümumi maraqlar fonunda böyüməkdə davam edir.

Teleqraf xəbər verir kİ, bu barədə Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev bildirib.

"Azərbaycan-Almaniya əlaqələri qarşılıqlı etimad, hörmət və ümumi maraqlar fonunda böyüməkdə davam edir. Güclü siyasi dialoq, genişlənən iqtisadi əməkdaşlıq və xalqlararası təmaslar sayəsində tərəfdaşlığımız daha dinamik və gələcəyə yönəlmiş xarakter alır", - o qeyd edib.