BAKI, 29 may. TELEQRAF
Maldiv Prezidenti Məhəmməd Muizzu Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Teleqraf xəbər verir ki, təbrikdə deyilir:
"Zati-aliləri.
Ölkənizin Müstəqillik Günü münasibətilə Maldiv Hökuməti və xalqı adından Zati-alinizə, Azərbaycan Hökumətinə və xalqına səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.
Ölkələrimizin qarşılıqlı hörmətə, etimada və əməkdaşlığa əsaslanan davamlı ikitərəfli əlaqələrinin inkişafını minnətdarlıqla qeyd edirəm. Əminəm ki, Maldiv Respublikası ilə Azərbaycan Respublikası arasındakı dostluq münasibətləri gələcək illərdə də inkişaf edəcək.
Zati-aliləri, Sizə möhkəm cansağlığı və rifah, Azərbaycan xalqına davamlı tərəqqi, sülh və firavanlıq arzulayıram.
Ən yüksək ehtiramı.mı qəbul etməyinizi xahiş edirəm".