BAKI, 27 aprel. TELEQRAF
Niderlandın Azərbaycandakı səfirliyi ölkənin Milli Günü münasibətilə ünvanlanan təbrikə görə Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) təşəkkür edib.
Teleqraf xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin "X" hesabında paylaşım edilib.
"Niderland Krallığının Milli Günü münasibətilə səmimi təbriklərinə görə Azərbaycan XİN-ə təşəkkür edirik. Bu, ikitərəfli münasibətlərimizin gücünü və davamlı əməkdaşlığa olan ortaq sadiqliyimizi əks etdirir",- paylaşımda qeyd edilib.