BAKI, 16 fevral. TELEQRAF

Ermənistan nümayəndə heyətinin "Sülh Körpüsü" təşəbbüsü çərçivəsində Azərbaycana səfəri planlaşdırılır.

Bunu Teleqraf-a müsahibəsində Azərbaycan nümayəndə heyətinin tərkibində Ermənistana səfər edən Topçubaşov Mərkəzinin direktor müavini Murad Muradov bildirib.

"Gələcək görüşlə bağlı hələlik konkret məlumat yoxdur. Səfər planlaşdırılır və tarixlərin təşkilatçılar tərəfindən açıqlanmasını gözləməliyik. Vaxt dəqiqləşdirildikdən sonra ictimaiyyətə məlumat veriləcək",- o qeyd edib.