BAKI, 16 fevral. TELEQRAF

ABŞ-nin Azərbaycandakı səfirliyi bu gün işləmir.

Teleqraf xəbər verir ki, bu barədə diplomatik missiyanın sosial media hesabında qeyd olunub.

Səfirliyin fəaliyyət göstərməməsinə səbəb ABŞ-də hər il fevral ayının üçüncü bazar ertəsi qeyd olunan Prezidentlər Günüdür.

Bu rəsmi bayram günü ABŞ Prezidentlərinin, xüsusilə Corc Vaşinqton və Abraham Linkolnun liderliyini və zəngin irsini ehtiramla xatırlamaq məqsədi daşıyır.

Qeyd edilib ki, Prezidentlər Günü Amerika demokratiyasının və ictimai xidmət ənənələrinin formalaşmasında prezidentlik institutunun mühüm rolunu vurğulayan əsas təqvimlərdən biri hesab olunur.