BAKI, 5 fevral. TELEQRAF

ABŞ vitse-prezidenti Ceyms Devid Vens İtaliyada 2026-cı il Qış Olimpiya Oyunlarının açılışından sonra Azərbaycan və Ermənistana səfər edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Associated Press (AP) məlumat yayıb.

Məlumata görə, Vens əvvəlcə İtaliyada keçiriləcək 2026-cı il Qış Olimpiya Oyunlarında ABŞ nümayəndə heyətinə rəhbərlik edəcək, daha sonra isə rəsmi səfər çərçivəsində Bakı və İrəvana yollanacaq.

Qeyd edək ki, 2026-cı il Qış Olimpiya Oyunlarının açılış mərasimi fevralın 6-da keçiriləcək.