BAKI, 28 yanvar. TELEQRAF

Niderlandın Azərbaycandakı səfiri Marian de Yonq ölkəmizin Krallıqdakı səfiri Məmməd Əhmədzadə ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Məmməd Əhmədzadə sosial media hesabında paylaşım edib.

Bildirilib ki, görüş zamanı 2025-ci ilin nəticələri müzakirə olunub və Azərbaycan ilə Niderland arasında əməkdaşlığın gələcək dövrdə genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.