BAKI, 19 dekabr. TELEQRAF

Ali Məhkəmənin Cinayət kollegiyasının sədri Hafiz Nəsibovun başçılıq etdiyi nümayəndə heyəti Türkiyəyə səfər edib.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Türkiyədəki səfirliyi məlumat yayıb.

Qeyd edilib ki, nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin Ankarada abidəsini ziyarət edib.

Ziyarət zamanı ulu öndərin əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib.