BAKI, 20 noyabr. TELEQRAF

Ukraynanın Azərbaycandakı səfirliyi elektron formada anım kitabı açıb.

Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev "X" hesabında paylaşım edib.

"Anım kitabı noyabrın 19-da Rusiyanın Ukraynanın Ternopol şəhərinə zərbələri nəticəsində həlak olanların xatirəsinin anılması üçün açılıb. Bu terror aktına qarşı güclü beynəlxalq reaksiya verməyə çağırırıq və qurbanların ailələrini dəstəyimizi ifadə edirik",- paylaşımda qeyd edilib.

Xatırladaq ki, Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Ternopol şəhərini atəş tutması nəticəsində üçü uşaq olmaqla 25 nəfər həlak olub. Hadisə nəticəsində 73 nəfər, o cümlədən 15 uşaq isə yaralanıb.