BAKI, 11 oktyabr. TELEQRAF

Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Pakistan Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı baş tutub.

Bu barədə Teleqraf-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd edilir ki, telefon danışığı zamanı iki ölkə arasında mövcud və gələcək strateji tərəfdaşlıq əlaqələri, regional təhlükəsizlik, xüsusilə də Yaxın Şərqdə vəziyyət və Qəzzada atəşkəs barədə razılaşmadan irəli gələn məsələlər müzakirə olunub.

***

12:30

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Pakistan Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə telefon danışığı baş tutub.

Teleqraf xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hər iki tərəf Yaxın Şərqdə vəziyyəti və Qəzzadakı humanitar böhranı müzakirə ediblər.

Nazirlər həmçinin bölgədə sülh və sabitliyin təmin olunması istiqamətində ərəb-islam ölkələrinin geniş təşəbbüsləri barədə fikir mübadiləsi aparıblar.

Həmçinin, onlar Misirin Şarm əl-Şeyx şəhərində keçiriləcək zirvə görüşünü müzakirə ediblər.