BAKI, 3 sentyabr. TELEQRAF
Azərbaycan Bəhreyninin Manama şəhərində səfirlik təsis edəcək.
Teleqraf xəbər verir ki, sözügedən məsələ Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sentyabrın 10-da keçiriləcək iclasının gündəliyinə daxil edilib.
Gündəliyə əsasən, iclasda “Azərbaycan Respublikasının Bəhreyn Krallığında (Manama Şəhərində) Səfirliyinin təsis edilməsi haqqında" Qanun layihəsi müzakirə olunacaq.