BAKI, 12 iyul. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putin kimi 30 il prezident olmayacağını deyib.

Teleqraf xəbər verir ki, o bu barədə BBC-yə bildirib.

"Mən Putin deyiləm ki, 30-35 il prezident olam. Mənə inanın. Özümə olan hörmətimi qorumalıyam. Mənim üçün ən vacibi Ukrayna ilə bağlı əlimdən gələnin ən yaxşısını etməkdir", - dövlət başçısı bildirib.