BAKI, 9 iyul. TELEQRAF

Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gedib.

Teleqraf xəbər verir ki, Əbu-Dabinin Zayed Beynəlxalq Aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, Prezident Divanının rəhbəri Şeyx Mansur bin Zayed Əl Nəhyan və digər rəsmi şəxslər qarşıladılar.