BAKI, 10 iyun. TELEQRAF

"Rusiya Qarabağı rəsmi şəkildə Azərbaycan ərazisi kimi tanıyır".

Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Reallıqda mövcud olmayan tezisləri kontekstdən çıxarmaq, sözləri yerlərindən dəyişib onlara tamamilə fərqli məna yükləmək yolverilməzdir", – diplomat qeyd edib.

Zaxarova vurğulayıb ki, Rusiya rəsmi şəkildə Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır.

Onun sözlərinə görə, Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski öz şərhində bölgədəki vəziyyəti tarixi aspektdən və sosial-mədəni xüsusiyyətlər baxımından dəyərləndirib.

Qeyd edək ki, Zaxarova hər nə qədər əksini iddia etsə də məsələni kontekstdən çıxaran ya da kontekstləri qarışdıran Vladimir Medinskidir. Belə ki, işğala məruz qalan Qarabağla işğal edilən Ukrayna əraziləri arasında heç bir uyğunluq yoxdur. Qarabağ beynəlxalq sənədlərdə heç bir zaman mübahisəli ərazi adlandırılmayıb, ancaq Luqans, Donetsk, Krım Ukraynanın ayrılmaz parçası sayılır.