Milli Məclisin nümayəndələri Novruz bayramı ərəfəsində Qobustan rayonunda məskunlaşmış qaçqın və məcburi köçkünlərlə görüşüb.
Teleqraf.com xəbər verir ki, Milli Məclisin nümayəndələri rayonda məskunlaşmış, öz yurd-yuvalarından erməni işğalı nəticəsində didərgin düşmüş insanlarla görüş keçirilib.
Novruz bayramı münasibəti ilə qaçqın və məcburi köçkünləri Milli Məclisin rəhbərliyi adından təbrik edən nümayəndə heyətinin üzvləri onlara öz ürək sözlərini deyib. Bildirilib ki, qaçqın və məcburi köçkünlərə qayğı təkcə bayram günlərində deyil, hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Çıxış edən qaçqın və məcburi köçkünlər Prezident İlham Əliyevə və Milli Məclisin sədri Oqtay Əsədova onlara göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildirib.
Görüşdən sonra rayonda məskunlaşmış 166 ailəyə bayram sovqatı təqdim edilib.
Nemət