BAKI, 29 iyul. TELEQRAF

Dünyada hazırda 304 milyon miqrant var.

Teleqraf xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) məsul əməkdaşı Aygül Abbaszadə "Miqrasiya sahəsində media məlumatlılığı" mövzusunda mediaturda deyib.

Onun sözlərinə görə, dünya əhalisinin sayı artdıqca miqrantların da sayı artır:

"1990-cı ildə miqrantların sayı əhalinin sayının 2,9%-ni təşkil edirdi. 2024-cü ildə miqrantların sayı əhalinin sayının 3,7%-ni təşkil edib".