BAKI, 3 iyul. TELEQRAF

Qeyri-qanuni hərəkətlər və vəzifə səlahiyyətlərindən sui-istifadə halları üzrə 2026-cı ilin müvafiq dövründə 75 əməkdaş (onlardan 42-si rəhbər heyət) barəsində intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb.

Teleqraf xəbər verir ki, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin korrupsiya ilə mübarizəyə dair 2026-cı ilin II rübünü əks etdirən statistik məlumatında qeyd olunub.

Bildirilib ki, o cümlədən 2 əməkdaş mənfi əsaslarla ehtiyata buraxılmış, 48 fakt üzrə 88 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Azərbaycan Baş Prokurorluğuna göndərilmişdir.