BAKI, 1 iyul. TELEQRAF

Sabah İncəsənət Festivalının açılış mərasimində Rəssamlıq Akademiyası SABAH qrupları tələbələrinin hazırladıqları geyimlərdən ibarət dəfilə nümayiş etdirilib.

Teleqraf xəbər verir ki, dəfilədə tələbələrin moda dizaynı sahəsində hazırladıqları yaradıcı işlər təqdim olunub.

Nümayiş zamanı gənc dizaynerlərin fərdi yanaşması, müxtəlif materiallardan istifadə bacarığı, forma və rəng həllərində tətbiq etdikləri müasir üslub diqqət çəkib.