BAKI, 1 iyul. TELEQRAF

Azərbaycanın Türkiyədəki səfirliyində təhsil məsələləri üzrə müşavir vəzifəsinə Müjdat Həsənov təyin edilib.

Teleqraf xəbər verir ki, Müjdat Həsənov sözügedən təyinatadək Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri vəzifəsində çalışıb.

Qeyd edək ki, M.Həsənov 1992-ci ildən səfirlikdə müşavir vəzifəsində çalışan Nəcibə Nəsibovanı əvəzləyib.