BAKI, 1 iyul. TELEQRAF
Bu gün Oxu.az xəbər saytının 13 yaşı tamam olur.
Teleqraf xəbər verir ki, 2013-cü ildən fəaliyyətə başlayan sayt ölkədə və dünyada baş verən ən aktual xəbərləri Azərbaycan və rus və dillərində fasiləsiz olaraq oxuculara çatdırır.
Saytda oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar təqdim edilir.
Teleqraf İnformasiya Agentliyi Oxu.az-dakı həmkarlarını təbrik edir, onlara yeni-yeni uğurlar arzulayır!