Əvvəlki dövrdə MİQ imtahanlarında iştirak edərək 30 və daha çox bal toplayanların sertifikatlaşdırma nəticələri əhəmiyyətli dərəcədə yüksək olub.

Teleqraf xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma: səriştəli müəllim - keyfiyyətli təhsil" mövzusunda tədbirdə deyib.

O bildirib ki, onların 62%-i sertifikatlaşdırma imtahanından 51 bal və daha yuxarı nəticə əldə edib.

"MİQ-dən gələn müəllimlərin fənn bilikləri daha yüksək olur. MİQ özü faydalı bir alətdir", - o vurğulayıb.

Nazir qeyd edib ki, sertifikatlaşdırma prosesi yekunlaşmış ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, xarici dil, biologiya, kimya, fizika, coğrafiya və informatika müəllimləri üzrə statistikaya əsasən, 25 508 nəfər yüksək nəticə göstərib.

Onun sözlərinə görə, 52 194 nəfər qənaətbəxş nəticə göstərib.

"9334 nəfər uğursuz nəticə göstərib. 7947 nəfər 60 yaşı tamam olmuş şəxslərdir. 6493 nəfər isə 3 ili tamam olmayan heyətdir", - nazir vurğulayıb.