BAKI, 30 iyun. TELEQRAF

Təhsilverənlərin sertifikatlaşdırılması prosesində uğur qazanmış təxminən 60 818 müəllimin əməkhaqqısına 10% əlavə edilib.

Teleqraf xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma: səriştəli müəllim - keyfiyyətli təhsil" mövzusunda tədbirdə deyib.

O bildirib ki, yüksək nəticə göstərmiş 30 590 müəllimin əməkhaqqısına 35% əlavə edilib.

"Ümumilikdə, 91 408 müəllimin əməkhaqqısına əlavələr edilib", - o vurğulayıb.

Nazir əlavə edib ki, hər iki cəhddə uğur qazana bilməyən 9 334 müəllimin əmək müqaviləsinə xitam verilib