BAKI, 29 iyun. TELEQRAF

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinə bu il daha 153 nəfər qəbul edilib.

Teleqraf xəbər verir ki, bu barədə ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, onlar burada peşə və sosial reabilitasiya xidmətləri ilə əhatə olunublar.

Hazırda isə müəssisədə 116 nəfərə peşə və sosial reabilitasiya xidmətləri göstərilir. Onlardan 52-si hazırlıq kurslarında müxtəlif peşələrə yiyələnir, 20-si sosial reabilitasiya xidmətləri ilə təmin edilir, 44-ü isə müxtəlif təlimlərdə iştirak edir, boccia və digər idman növləri üzrə bacarıqlarını təkmilləşdirir.

Mərkəzə qəbul edilən əlilliyi olan şəxslər burada dövlət hesabına yataqxana və yeməklə də təmin olunurlar.