BAKI, 18 iyun. TELEQRAF

Bu ilin yanvar-aprel aylarında ölkədə 21277 ölüm halı qeydə alınıb.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 6,1-dən 6,3-ə qədər artıb.