AĞDƏRƏ, 3 iyun. TELEQRAF
“Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq Ağdərə rayonunun kəndlərinə (Çapar, Suqovuşan, Talış, Həsənriz, Vəngli, Kolatağ, Çıldıran, Heyvalı və Ortakənd) ümumi 803 ailə köçürülüb.
Teleqraf-ın Qarabağa ezam olunan əməkdaşı xəbər verir ki, bu barədə Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib.
Bildirilib ki, Ağdərə qəsəbəsində su təchizatı üzrə aparılmış araşdırmalara əsasən su mənbəyi çay məcrasında(Təpəkənd kəndi ərazisi) üfüqi suqəbuledici qurğudan toplanaraq diametri 325 mm, uzunluğu təxminən 37 km polad su kəməri ilə özüaxımlı olaraq şəhərdə yerləşən su anbarlarına nəql olunur. Eyni zamanda 3 ədəd subartezian quyusu istismar olunur.
Qəsəbənin relyefinə görə 3 zonaya bölünmüş və hər bir zona üzrə su anbarları (2x700m3, 2x1000m3, 1x500m3) mövcuddur. Şəhərin şəbəkəsi (D50-225mm, L=52 km) polietilen borulardan ibarətdir.
Ağdərə şəhərində fəaliyyəti bərpa edilimiş dövlət qurumlarına, və müxtəlif təşkilatların işçilərinin məskunlaşdığı istehlakçılara xidmət göstərilir.