BAKI, 3 iyun. TELEQRAF

“Qərbi Azərbaycana qayıdış yalnız siyasi deyil, dərin hüquqi, insani və mənəvi məsələdir”

Teleqraf xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov "Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi" adlı birinci beynəlxalq elmi konfransda deyib.

O vurğulayıb ki, etnik təmizləmə nəticəsində soydaşlarımız ağır zərərə məruz qalıb:

"Bu hadisə etnik təmizləmənin ən ağır formalarından biri kimi qiymətləndirilməlidir. İnsanların yaşamaq hüquqları pozulmuş, yaşayış məskənləri dağıdılmış, bir xalqın tarixi izlərinin silinməsinə yönəlmiş addımlar atılmışdır. Bu kimi halların Avropa Konvensiyasının müddəalarının açıq şəkildə pozulmasıdır. 2023-cü ildə Azərbaycanın öz işğal altındakı torpaqlarını azad etməsi ilə yaranan yeni reallıq Qərbi Azərbaycan məsələsinə beynəlxalq aləmin diqqətini daha kəskin şəkildə yönəldib. Cənubi Qafqazda ədalətin tam bərpasının mümkün olduğunu nümayiş etdirən bu tarixi hadisə Qərbi Azərbaycana qayıdış tələbinin beynəlxalq hüquqa və tarixi ədalət prinsiplərinə əsaslanan legitimliyini daha da gücləndirib”.