BAKI, 21 may. TELEQRAF
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb.
Teleqraf xəbər verir ki, ilk dəqiqələrdən Bakı Dəmiryol Vağzalının kassasında 150-dən çox bilet satılıb.
Bakı–Tbilisi qatarına bilet alan ilk şəxs Elnarə Rəsulova adlı xanım sərnişin olub.
Xatırladaq ki, ilk qatar Bakı Dəmiryol Vağzalından 25 may saat 23:10-da hərəkət edəcək.
Biletləri ADY-nin rəsmi saytı (ticket.ady.az), “ADY Mobile” tətbiqi və dəmiryol kassalarından almaq mümkündür.