BAKI, 13 may. TELEQRAF

“Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında ilk dəfə olaraq istənilən ölkədən iştirakçı canlı qoşularaq sual vermək imkanı əldə edəcək”.

Teleqraf xəbər verir ki, bu sözləri WUF13 Azərbaycan Əməliyyat Şirkətinin icraçı direktoru Adil Məmmədov deyib.

O vurğulayıb ki, konfrans sessiyalarına canlı qoşulmaq və sual vermək imkanı yaradılacaq.

“Canlı yayım imkanları üçün xüsusi otaqlar ayrılıb. Bu məqsədlə 14 otaq nəzərdə tutulub. Eyni zamanda forum üçün xarici ölkədən 165 tərcüməçi dəvət olunub”, - o bildirib.