BAKI, 5 may. TELEQRAF
Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) üçün nəzərdə tutulan nəqliyyat vasitələrinin istifadəsinə veriləcək zolaqlardan digər nəqliyyat vasitələri istifadə edərlərsə, sürücülər inzibati məsuliyyətə cəlb olunacaqlar.
Teleqraf xəbər verir ki, bunu WUF13 dövründə nəqliyyatın idarə olunması planının təqdimatına həsr olunmuş brifinqdə Daxili İşlər Nazirliyi Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin rəisi Namidan Piriyev deyib.
O vurğulayıb ki, müəyyən edilmiş vaxt çərçivəsindən kənar vaxtda avtobus zolaqlarına daxil olan digər nəqliyyat vasitələrini idarə edən sürücülərə tətbiq olunan inzibati məsuliyyət WUF13 üçün yaradılacaq zolaqlardan istifadə edəcək sürücülərə də şamil olunacaq.
"WUF13-lə bağlı yaradılacaq "yaşıl zolaqlar”a daxil olmaq qayda pozuntusu hesab olunacaq", - o əlavə edib.