BAKI, 27 aprel. TELEQRAF
Azərbaycan fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 30 aprel 2026-cı il tarixində Naxçıvan şəhərində, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin binasında saat 10:00-dan Naxçıvan Muxtar Respublikası sakinlərinin qəbulu keçiriləcəkdir.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, qəbula gələn vətəndaşların qeydiyyatı Nazirliyin binasında 29 aprel 2026-cı il tarixində saat 09:00-da başlayacaq.
Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaqdır.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
Əlaqə:
tel: +994 (12) 512-01-14
e-mail: [email protected]