BAKI, 27 aprel. TELEQRAF
Qafqaz İslam Ordusunun komandanı, Bakını düşmən işğalından azad edən Nuru paşaya aid medalyon satışa çıxarılıb.
Teleqraf-a bu barədə tarixçi, kolleksioner Dilqəm Əhməd məlumat verib.
O bildirib ki, Atatürkün təsviri olan bu ilk medalı alman heykəltaraş Eduard Hanisch-Concee hazırlayıb. Bu təsvir Atatürkün xoşuna gəldiyi üçün şəxsi imzasının da medalyonda yer almasını istəyib.
Tanınmış şəxslərə verilən bu medalyondan bir nüsxə də Türk Təyyarə Cəmiyyətinə göstərdiyi yardıma görə Nuru paşaya təqdim olunub. Medalyonun üzərinə xüsusi olaraq sonradan bu ifadələr də yazdırılıb: “Türk Tayyare Cemiyetine vaki olan muâvenet ve muzafferiyetinden dolayı Kafkas İslam Ordusu Sabık Kumandanı Nuri Paşa'ya hatıra-ı şükrandır. Sene 1927”.
D. Əhməd auksionun 10 mayda bitəcəyini, hazırkı qiymətinin 400 dollardan yuxarı olduğunu bildirib.