BAKI, 27 aprel. TELEQRAF
Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasında (WUF13) iştirak etmək üçün 21 mindən çox şəxs qeydiyyatdan keçib.
Teleqraf xəbər verir ki, bu sözləri WUF13 çərçivəsində media nümayəndələri üçün keçirilən məlumatlandırma sessiyasında WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Məzmun və Media Əlaqələri üzrə Baş Meneceri Eldar Rəsulov deyib.
O qeyd edib ki, akkreditasiyadan keçən media nümayəndələrinin sayı 800-ü ötüb.
Bu rəqəmin 70 faizdən çoxunu isə yerli media təmsilçiləri təşkil edir.