BAKI, 27 aprel. TELEQRAF
İşğaldan azad edilən ərazilərdə 39 piyada əleyhinə mina aşkarlanıb.
Teleqraf xəbər verir ki, bu barədə Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.
Bildirilib ki, 23 tank əleyhinə mina, 621 partlamamış hərbi sursat aşkarlanıb və zərərsizləşdirilib.
Həmçinin 1593.1 hektar ərazi minalardan təmizlənib.