BAKI, 29 mart. TELEQRAF
Son 24 saat ərzində Əfqanıstanın bəzi yerlərində baş verən güclü daşqınlar, torpaq sürüşmələri nəticəsində 17 nəfər ölüb, 26 nəfər yaralanıb.
Teleqraf xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.
Hökumət sözçüsü Yusuf Hammad bildirib ki, ölkənin Milli Fəlakətlərin İdarə Edilməsi İdarəsinin qrupları fəlakətdən təsirlənmiş ərazilərdə araşdırmalar aparır. Bu baxımdan ölənlərin sayı arta bilər.
Əfqanıstanın 34 əyalətindən 13-ü, ölkənin əsasən qərb, mərkəzi və şimal-qərb hissələrin vəziyyət acınacaqlıdır.
Hammadın sözlərinə görə, şiddətli hava şəraiti həmçinin 147 evin tamamilə və ya qismən dağılmasına, 80 kilometrlik yolun dağılmasına və əkin sahələrinin, suvarma kanallarının və müəssisələrin dağılmasına səbəb olub. O əlavə edib ki, fəlakətdən ümumilikdə 530 ailə zərər çəkib.