BAKI, 22 mart. TELEQRAF
Tibbi-meteoroloji proqnoz açıqlanıb.
Teleqraf xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Məlumatda qeyd edilib ki, martın 23-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.