BAKI, 11 iyul. TELEQRAF
Bakı Təşəbbüs Qrupu ilə Burkina-Fasonun Qabaqcıl Beynəlxalq Araşdırmalar İnstitutu arasında imzalanan memorandum iki qurum arasında uzunmüddətli əməkdaşlığın başlanğıcı olacaq.
Teleqraf xəbər verir ki, bunu Burkina-Fasonun Xarici İşlər Nazirliyinin Qabaqcıl Beynəlxalq Araşdırmalar İnstitutunun (INHEI) baş direktoru Filip Sandvidi brifinqdə bildirib.
O qeyd edib ki, imzalanan Anlaşma Memorandumu BTQ ilə əməkdaşlığın əsasını qoyur:
“Bu sənəd əməkdaşlığımızın başlanğıcıdır. Hazırda diplomatik təlim və akademik sahədə birgə fəaliyyət nəzərdə tutulur. Gələcəkdə isə əməkdaşlığımızı digər istiqamətlər üzrə də genişləndirməyi planlaşdırırıq”.