BAKI, 19 mart. TELEQRAF

İndoneziya Respublikasının Atma Jaya Universiteti 2026–2027-ci tədris ili üzrə xarici tələbələr üçün “İnkişaf Etməkdə Olan Ölkələrin Tərəfdaşlığı Təqaüdü” proqramını elan edir.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən Teleqraf-a verilən məlumata görə, proqram çərçivəsində müxtəlif ixtisaslar üzrə bakalavr və magistratura səviyyələrində təhsil almaq imkanı yaradılır.

Təqaüd proqramına müraciət üçün son tarix 31 mart 2026-cı il müəyyən edilib. Proqramın şərtləri və müraciət qaydaları ilə bağlı ətraflı məlumatı rəsmi elan vasitəsilə əldə etmək mümkündür.