BAKI, 19 mart. TELEQRAF
Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən “Dağıntılar altında köməksiz vəziyyətdə qalmış zərərçəkmişin xilas edilməsi” mövzusunda praktiki gecə təlimi keçirilib.
Nazirlikdən Teleqraf-a verilən xəbərə görə, təlim Regional Mərkəzin Xilasetmə hissəsinin şəxsi heyətinin döyüş və peşə hazırlığı səviyyəsinin daha da yüksəldilməsi, müxtəlif ekstremal şəraitlərdə davranışlarının, gecə vaxtı baş verə bilən fövqəladə hallara çevik reaksiya vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilib.
Praktiki təlim zamanı xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi alət və avadanlıqlar vasitəsilə verilən tapşırıqların öhdəsindən müvəffəqiyyətlə gəliblər.
Sonda təlim zamanı həyata keçirilmiş əməliyyatların təhlili aparılıb, müvafiq tapşırıqlar verilib.