BAKI, 19 mart. TELEQRAF
Daxili İşlər Nazirliyi bayram günlərində səfərə çıxan sürücülərə müraciət edib.
DİN-in Mətbuat Xidmətindən Teleqraf-a daxil olan müraciətdə qeyd olunub:
"Bu il xalqımızın milli ruhunu və yaddaşını zənginləşdirən, birlik duyğusunu gücləndirən iki əlamətdar hadisəni - Novruz və müqəddəs Ramazan bayramını eyni tarixlərdə qeyd edirik. Buna görə də tətil günlərində paytaxtdan bölgələrə səfər edənlərin sayında hər zamankından daha çox artım ola, nəqliyyat sıxlığı yarana bilər. Yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə polis əməkdaşları bütün zəruri tədbirləri həyata keçirir. Lakin yenə də əsas məsuliyyət vətəndaşların üzərinə düşür.
Yol-nəqliyyat hadisələrinin qarşısını almaq, qəzaların baş vermə ehtimalını azaltmaq üçün hamılıqla qaydalara əməl etmək əsas şərtdir.

-İlk növbədə avtomobilin texniki sazlığını yoxlayın;
-Mümkün qədər günün erkən saatlarında yola çıxın;
-Sürət həddini aşmayın, yol və hava şəraitinə görə seçin;
-ötmə və manevr qaydalarına uyğun davranın;
-sərxoş vəziyyətdə sükan arxasına əyləşməyin;
-Avtomobildə olan hər kəsin təhlükəsizlik kəmərindən istifadə etdiyindən əmin olun.
.jpg)
Bu sadə qaydaları pozmaq, bir anlıq ehtiyatsızlıq arzuolunmaz hadisələrə gətirib çıxara bilər. Ona görə də yollarda daha diqqətli və məsuliyyətli davranaq, xüsusi günləri böyük ruh yüksəkliyi və könül xoşluğu ilə qeyd edək" - deyə bildirilir.
.jpg)