BAKI, 9 mart. TELEQRAF
Külli miqdarda tütün məmulatları və spirtli içkilər aşkar edilib.
Bu barədə Teleqraf-a Dövlət Gömrük Komitəsindən bildirilib.
Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi və Bakı Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində məhkəmənin qərarı əsasında Göygöl rayonunda 4 fərqli ünvandan Azərbaycan Respublikasına məxsus məcburi nişanlanma ilə nişanlanmamış 8314 qutu müxtəlif markalı tütün məmulatları və saxta aksiz markası ilə markalanmış 695 ədəd spirtli icki aşkar edilib.
Hazırda faktla bağlı araşdırma aparılır.