BAKI, 27 fevral. TELEQRAF

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının WUF13.az saytı istifadəçilərə təqdim edilib.

Teleqraf xəbər verir ki, bunu WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Rəqəmsal Marketinq şöbəsinin rəhbəri Elnur Mirzəzadə forumun hazırlıq prosesinə həsr olunan mətbuat konfransında deyib.

O bildirib ki, saytda bir çox sahələri əhatə edən bölmələr yaradılıb.

"Eyni zamanda şəhərdaxili nəqliyyat məsələsinə də toxunulub. Saytın vizual tərtibatında milli üslubla müasir dizayn elementlərinin sintezinə üstünlük verilib. Səhifədə tədbirin şüarı yerləşdirilib, həmçinin media nümayəndələrinin məlumat əldə etməsi üçün xəbərlər bölməsi təqdim olunur”, - o, vurğulayıb.