BAKI, 25 fevral. TELEQRAF

"Bu il Azərbaycanda iki ali təhsil müəssisəsi tədqiqat universitetinə çevrilə bilər".

Teleqraf xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağında deyib.

O qeyd edib ki, təhsil və elm sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə struktur islahatları həyata keçirilib.

"2022-ci ildə 31 elmi müəssisə, eləcə də 4 elmi istehsalat qurumu Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib. Təhsil, tədqiqat və innovasiyalar arasında əlaqələrin bundan sonra da gücləndirilməsi qarşıda duran əsas vəzifələrdəndir. Bu istiqamətdə sistemli tədbirlər davam etdiriləcək.